
Meksika liqasında çıxış edən komandalardan olan Monterrey prezidenti Antonio Norieqa “Sevilya” ilə müqaviləsi mövsümün sonunda bitəcək Serxio Ramos ilə razılığa gəlmək üzrə olduqlarını açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Real Madriddən sonra Paris Saint-Germain və məşq etdiyi “Sevilya”ya yollanan Serxio Ramos mövsümün sonunda azad agent olacaq.
38 yaşlı futbolçu Meksika Liqa təmsilçisi “Monterrey”ə keçməyə hazırlaşır.
ESPN-ə danışan Monterrey prezidenti Antonio Norieqa Ramos ilə razılığa gəlməyə yaxın olduqlarını bildirib.