Kosmosda səkkiz ay: - "Hərəkət qabiliyyətimi itirdim, yeriməyin nə olduğunu unutdum

İyunun 6-da Boeing-in Starliner kosmik gəmisi ilə kosmosa çıxan iki NASA astronavtı səkkiz aydır ki, kosmosda qapalı qalıb.

Gununsesi.info xəbər verir ki, Beynəlxalq Kosmik Stansiyada (BKS) xidmət edən astronavtlardan biri olan Sunita Williams kosmosda səkkiz ay qaldıqdan sonra bəzi əsas motor bacarıqlarını itirdiyini açıqlayıb.

Uilyams “Gəzməyin necə bir şey olduğunu unutdum. Çoxdandır ki, buradayam, oturmamışam, uzanmamışam” deyib.

Uilyams mikroqravitasiyada 234 gün keçirdikdən sonra yeriməyin nə olduğunu unutduğunu etiraf edib.

59 yaşlı Williams və ekipaj yoldaşı 62 yaşlı Barry Wilmore əvvəlcə Beynəlxalq Kosmik Stansiyada səkkiz gün qalmalı idilər, lakin onları oraya aparan Boeing kapsulunda texniki problemlər yarandı.

Kapsul boş və zərər görmədən Yerə qayıdıb, lakin iki astronavt ən azı martın sonuna qədər Beynəlxalq Kosmik Stansiyada qapalı vəziyyətdə qalırlar.

ABŞ prezidenti Donald Tramp astronavtların kosmosda qapalı vəziyyətdə qaldığını və Bayden administrasiyası tərəfindən faktiki olaraq tərk edildiyini iddia edib. Tramp İlon Maska zəng edərək SpaceX-dən astronavtları geri qaytarmağı xahiş edib.

Mask verdiyi açıqlamada Williams və Wilmore-u “mümkün qədər tez” Yerə qaytaracağına söz verib.

Gununsesi.info