Qulaq əzələləriniz də sizi dinləyir

Almaniyalı tədqiqatçılar dinləməyə fokuslanan insanların qulaqlarındakı bəzi əzələlərin hərəkət göstərdiyini aşkar ediblər.

Gununsesi.info xəbər verir ki, Saarland Universitetinin tədqiqatçıları eşitmə qüsuru olmayan 20 böyük insanın iştirakı ilə qulaqların hərəkətliliyi ilə bağlı təcrübə aparıblar.

Tədqiqatçılar iştirakçılara eyni mühitdə müxtəlif səs səviyyələrində audiokitab və podkast dinləmələrini tapşırdılar. İştirakçılardan audiokitabı dinləməyə diqqət etmələri istənilib.

Tədqiqatçılar iştirakçıların qulaqlarındakı əzələlərin istehsal etdiyi elektrikin səviyyəsini ölçməklə, iştirakçılar audiokitabı dinləməyə fokuslanarkən yuxarı qulaq əzələsinin və qulağın arxasındakı “arxa qulaqcıq” əzələsinin hərəkətini müşahidə ediblər.

Tədqiqatçılar əzələ hərəkətindən alınan siqnalın “aşağı səviyyədə” olduğunu və tapıntıların gələcəkdə daha əhatəli araşdırmalara yol aça biləcəyini qeyd ediblər.

Tədqiqatçılar 2020-ci ildə apardıqları araşdırmada qulaqdakı bəzi əzələlərin səsin gəldiyi istiqamətə görə göründüyünü təsbit etdi və hazırkı araşdırmaları ilə əzələlərin hərəkətliliyinin də fokus səviyyəsindən asılı olduğunu ortaya qoydular.

Araşdırma “Frontiers in Neuroscience” jurnalında dərc olunub.

Gununsesi.info