Rüş𝘃ə𝘁 𝘃𝗲𝗿𝗶𝗯 𝗵ə𝗿𝗯𝗶 𝗯𝗶𝗹𝗲𝘁𝗹ə𝗿𝗶𝗻𝗱ə “𝘃ə𝗿ə𝗺 𝘅ə𝘀𝘁ə𝘀𝗶” 𝘆𝗮𝘇𝗱ı𝗿ı𝗿𝗹𝗮𝗿…

𝗡𝗲𝘄𝘀𝘄𝗲𝗲𝗸 𝘅ə𝗯ə𝗿 𝘃𝗲𝗿𝗶𝗿 𝗸𝗶, Ş𝗶𝗺𝗮𝗹𝗶 𝗸𝗼𝗿𝗲𝘆𝗮𝗹ı𝗹𝗮𝗿 𝗨𝗸𝗿𝗮𝘆𝗻𝗮 𝗰ə𝗯𝗵ə𝘀𝗶𝗻ə 𝗴𝗲𝘁𝗺ə𝗺ə𝗸 üçü𝗻 𝗵ə𝗿𝗯𝗶 𝗸𝗼𝗺𝗶𝘀𝗮𝗿𝗹ı𝗾𝗹𝗮𝗿𝗱𝗮 𝗿üş𝘃ə𝘁 𝘃𝗲𝗿𝗶𝗯 𝗵ə𝗿𝗯𝗶 𝗯𝗶𝗹𝗲𝘁𝗹ə𝗿𝗶𝗻𝗱ə “𝘃ə𝗿ə𝗺 𝘅ə𝘀𝘁ə𝘀𝗶” 𝘆𝗮𝘇𝗱ı𝗿ı𝗿𝗹𝗮𝗿.
Gununsesi.info xəbər verir ki, “Radio Free Asia”-nın Şimali Koreyadakı mənbələrinə görə, xəstəxana işçilərinə saxta vərəm arayışı almaq üçün rüşvət vermək ötən il 100 dollar idisə, indi beş dəfə artaraq 500 dollara çatıb, çünki getdikcə daha çox ailələr övladlarını Rusiyaya göndərilməkdən qorumağa çalışır.
Müqayisə üçün bir məqamı qeyd etməliyik, Şimali Koreyada maaşlar 3-6 dollar arasındadır.
“Radio Free Asia”-ya məxfi müsahibə verən Şimali Koreya sakini deyib:
“Əgər uşaqlarımız hərbi xidmətə gedib Rusiyaya göndərilsələr, valideynlər onları bir daha sağ görməyəcəyindən qorxurlar”.
Ukraynada əsir düşmüş Şimali Koreya əsgərinin sözlərinə görə, onlar Rusiyaya göndəriləcəkləri barədə əvvəlcədən
məlumatlandırılmayıblar, hətta kiminlə döyüşəcəklərini belə bilməyiblər. Şimali Koreya əsgərləri Rusiya ordusuna qoşulmaq əmri alanda şoka düşüblər.
Ölkə daxilində hökumət həlak olan əsgərlərin ailələrinə “vətən naminə müqəddəs döyüş zamanı şəhid olublar” yazılmış ölüm şəhadətnamələri təqdim edir, lakin onların ölümünün həqiqi səbəbini açıqlamır.
Döyüşlərə qoşulduqdan cəmi bir neçə həftə sonra çaşqın vəziyyətdə olan Şimali Koreya əsgərləri və vətəndaşları niyə Ukrayna ilə müharibə apardıqlarını sorğulamağa başlayıblar. Onlar uşaqlıqdan ABŞ-ı baş düşmənləri kimi tanıyıblar, lakin indi yeni düşmənin Ukrayna olması onları yumşaq desək təəccübləndirib.