Həvəskar xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib - FOTO

  • By Günel
  • 01 Fevral 2025 19:28

“Şahdağ” Turizm Mərkəzinin və Azərbaycan Qış İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə müxtəlif yaş kateqoriyalarında olan uşaqlar arasında həvəskar xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib.

Gununsesi.info “Report” – a istinadən xəbər verir ki, yarışda öncədən qeydiyyatdan keçən, müxtəlif yaş kateqoriyasından olan 50-yə yaxın uşaq yüksək nəticə qazanmaq üçün mübarizə aparıb.

Uşaqlar arsında keçirilən yarışın nəticələri:

6-8 yaşlı oğlanlar arasında:

1. Dmitri Petrenko – AZE
2. Loçlan Hoqq – GBR

6-8 yaşlı qızlar arasında

1. Hannah Makkennel – GBR
2. Nurlana Abdulova – AZE
3. Mariya Podqornaya – AZE

9-12 yaşlı oğlanlar arasında

1. Nurəddin Nəzürov – AZE
2. Raul Mədətov – AZE
3. Antoni Skalabre – FRA

9-12 yaşlı qızlar arasında

1. Leah Makkennel – GBR
2. Əminə Əhmədova – AZE
3. İren Cavadova – AZE

13-17 yaşlı oğlanlar arasında

1. Amin Şıxov – AZE
2. Yusif Kiçikbəyov – AZE
3. Pahnke Karl-Leo – GER

13-17 yaşlı qızlar arasında

1. Nurel Hacıbəyli – AZE
2. Liliya Podqornaya – AZE
3. Zemfira Əlixanbəyova – AZE

Yarışın sonunda qaliblər “Şahdağ” Turizm Mərkəzi tərəfindən medallar və diplomlarla təltif olunub, o cümlədən onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib.

Qeyd edək ki, xizək üzrə Heydər Əliyev Kuboku fevralın 2-də müxtəlif yaş kateqoriyalarında olan böyüklər arasında davam edəcək.

Gununsesi.info