İran: - Suriyada xalqın təsdiq etdiyi hökuməti dəstəkləyəcəyik

İranın xarici işlər naziri Abbas Arakçi deyib ki, Tehran Suriyanın ərazi bütövlüyünün qorunmasını dəstəkləyir və xalq tərəfindən bəyənilən hökuməti dəstəkləyəcək.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki,İranın xarici işlər naziri Abbas Arakçi Qətərə səfəri zamanı Əl-Cəzirə televiziyasına danışıb.

Televiziyaya verdiyi müsahibədə o, atəşkəsdən sonra əldə etdikləri “qələbə” və əsir mübadiləsi zamanı fələstinli məhbusların geri qaytarılması ilə bağlı Həmas və Fələstin müqavimət qruplarını təbrik edib.

HƏMAS-ın 7 oktyabrda Əl-Əqsa Tufanı əməliyyatını xatırladan Erakçi bunun “Fələstin davasını canlandırdığını və onu bölgədə və dünyada bir nömrəli məsələyə çevirdiyini” vurğulayıb.

Suriyadakı proseslərlə bağlı qiymətləndirmələr edən Erakçi , “Suriya xalqının bəyəndiyi istənilən hökuməti, bu ölkənin sabitliyini və ərazi bütövlüyünü dəstəkləyəcəyik” dedi.

Orxan Saffari

Gununsesi.info