ABŞ-Meksika müharibəsi başlaya bilər

  • By Günel
  • 01 Fevral 2025 09:17

Sabiq ABŞ kəşfiyyatçısı Skott Ritter öz sosial şəbəkə hesabında yazıb ki, Tramp kartellərlə mübarizə zəminində Meksika ilə müharibəyə başlaya bilər.

Gununsesi.info Teleqraf.com – a istinadən xəbər verir ki, kəşfiyyatçı ABŞ müdafiə nazirinin də “çox aqressiv” olduğunu bildirib.

O qeyd edib: “Düşünürəm ki, Meksika ilə müharibə ola bilər? Təəssüf ki, bəli. Fikrimcə, Tramp bunu mümkün sayır”.

Sabiq kəşfiyyatçı deyib ki, ABŞ kartelllərin cavab reaksiyasına hazır deyil, bu isə ölkə üçün fəsadlara səbəb ola bilər. Onun fikrincə, ABŞ müharibə yolu ilə hədəfi dəf etsə də, əvəzində terror aktları ilə qarşılaşa bilər.

Gununsesi.info