Türkiyə və Rusiya XİN rəhbərləri Suriyadakı vəziyyəti müzakirə ediblər

  • By Günel
  • 31 Yanvar 2025 23:33

Türkiyə xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya XİN-in saytında məlumat verilib.

Bildirilir ki, danışıq zamanı hər iki ölkənin Suriyanın siyasi birliyinə dəstəyi vurğulanıb və ölkədə siyasi keçid prosesinin əhatəli olmasının vacibliyi qeyd edilib.

Gununsesi.info