Bakıda yol qəzasında 37 yaşlı kişi xəsarət aldı

  • By Günel
  • 01 Fevral 2025 08:08

Bakının Nərimanov rayonunda 37 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Gununsesi.info xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü Orucov Ağalar Aydabəy oğlu xəsarət alıb.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Gununsesi.info