Vəhşi Arman həbsxanada özünə qəsd etdi

Qazaxıstanda iğtişaşlar təşkil etməkdə və adam qaçırmaqda ittiham olunan “Vəhşi Arman” kimi tanınan Arman Cumagəldiyev həbsxanada özünə xəsarət yetirib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.

Bildirilib ki, onun səhhəti qənaətbəxşdir.

“Məhkum özünə cüzi xəsarətlər yetirib. Tibbi yardım dərhal göstərilib. O, xüsusi nəzarət altındadır”, – deyə məlumatda vurğulanıb.

Faktla bağlı xidməti yoxlamalara başlanılıb.

Qeyd edək ki, “Vəhşi Arman” cari il yanvarın 27-də 20 il müddətinə həbs cəzasına məhkum edilib.

 

 

Gununsesi.info