Çanaqqala boğazında gəmilərin hərəkəti dayandırıldı

  • By Günel
  • 01 Fevral 2025 20:43

Türkiyədə Çanaqqala (Dardanel) boğazında gəmilərin hərəkəti hər iki istiqamətdə dayandırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastuktur Nazirliyindən bildirilib.

Qeyd olunub ki, buna səbəb əlverişsiz hava şəraiti, o cümlədən qatı dumandır.

Gəmilərin hərəkətinin nə zaman bərpa olunacağı məlum deyil.

Gununsesi.info