“Fənərbaxça” Mimoviçi açıqladı: - Serb müdafiəçi İstanbula endi

Fənərbaxça Mimoviçin transferini təyyarədən çəkdirdiyi foto ilə açıqlayıb.

Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, serbiyalı müdafiəçi İstanbula enib.

İstanbula enən serbiyalı gənc futbolçu ilə 4,5 illik müqavilə imzalanacaq və onun transfer haqqı üçün təxminən 6 milyon avro ödəniləcək.

Sarı-lacivətlilərin açıqlaması belədir:

“Klubumuz “Srvena Zvezda”da çıxış edən Oqnyen Mimoviçin transferi üçün klub və futbolçunun özü ilə prinsipial razılığa gəlib. Mimoviç İstanbula dəvət olunub. Sağlamlıq yoxlamaları və transferin tamamlanması üçün ictimaiyyətə təqdim edirik.”

Qeyd edək ki, Oqnyen Mimoviç 17 avqust 2004-cü ildə Serbiyanın Qornji Milanovac şəhərində anadan olub.

Sağ cinah müdafiəçisi mövqeyində çıxış edən futbolçu karyerasına “Metalac Gornji Milanovac” gənclər akademiyasında başlayıb, daha sonra 2021-ci ildə “Srvena Zvezda” gənclər akademiyasına qoşulub.

2023-cü ildə “Srvena Zvezda A” komandasına yüksələn Mimoviç elə həmin il OFK Beoqrad klubuna icarəyə verilib və orada 14 matçda iştirak edib.“Srvena Zvezda”da ümumilikdə 25 liqa matçı keçirən futbolçu 2025-ci ildə Fransanın “Sent-Etyen” klubuna transfer olunub.

O, həmçinin Serbiyanın U18, U19 və U21 milli komandalarında çıxış edib.

Gununsesi.info