
ABŞ prezidenti Tramp sərnişin təyyarəsi ilə toqquşan Black Hawk helikopterinin 200 fut hüdudundan xeyli yuxarı uçduğunu deyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Vaşinqton yaxınlığında qəzaya uğrayan təyyarədə Black Hawk helikopterinin çox yüksəkdən uçduğunu deyib.
Tramp bildirib ki, vertolyot 200 fut hüdudunu xeyli keçib.
Qeyd edək ki, Ronald Reyqan Milli Hava Limanı yaxınlığında Eagle Flight 5342 ilə Black Hawk hərbi vertolyotunun havada toqquşması nəticəsində 67 nəfər həlak olub.
300-dən çox ilk müdaxilə edən Potomak çayında qəza üçün axtarış və xilasetmə işlərinə başlayıb.
Orxan Saffari