Azərbaycan nefti 78 dollar oldu

“Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,32 ABŞ dollar azalıb.

Gununsesi.info xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,32 ABŞ dolları, yaxud 0,40 % azalaraq 78,52 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

 

 

Gununsesi.info