Ənvər Həsənov Reabilitasiya Mərkəzinə köçürülüb

Xalq artisti Ənvər Həsənov bu gün müalicə aldığı Xəzər Tibb Mərkəzindən Reabilitasiya Mərkəzinə köçürülüb.

Gununsesi.info xəbər verir ki, bu barədə APA-ya Xalq artistinin ailə üzvləri məlumat verib.

Qeyd edək ki, Xalq artisti bir müddət əvvəl səhhətində yaranan narahatlıqlar səbəbi ilə xəstəxanaya yerləşdirilib.

 

 

Gununsesi.info