Rafet El Roman özündən 24 yaş kiçik sevgilisindən ayrıldı

  • By Günel
  • 01 Fevral 2025 15:33

55 yaşlı müğənni Rafet El Roman özündən 24 yaş kiçik sevgilisi Yasemin Gergeçdən ayrıldığını açıqlayıb.

Gununsesi.info türk mediasına istinadən bildirir ki, əvvəllər Tuğba Altıntop (1996-2003) və Ceren Kaplakarslan (2014-2017) ilə evlənib boşanan Rafet El Roman ötən gün Nişantaşıda görüntülənib və jurnalistlərin suallarını cavablandırıb.

Özündən 24 yaş kiçik sevgilisi Yasemin Gergeçlə yollarını ayırdığını açıqlayan məşhur müğənni: “14 fevralı səhnədə tək keçirəcəyəm. Mən də istərdim sevdiyim qadına sürpriz etməyi və ona hədiyyə almağı, amma çox dərin aşiq olmaq və bağlanmaq istəmirəm”, – deyə qeyd edib.

Eşqdə limitinin dolduğunu bildirən Rafet El Roman:

“Eşqlə bağlı limiti doldurdum. Əziyyət çəkmək istəmirəm. Düşünürəm ki, hər kəs bu həyatda bir dəfə evlilik yaşamalıdır. Evliliyə qarşı qərəzli deyiləm. Hələ də flört etməyi xoşlayıram. Sosial şəbəkələrdə mənə evlilik təklifləri gəlir. Amma mən bunu ciddiyə almıram” bildirib.

Günel Həsənova

Gununsesi.info