
Çinin Chongqing şəhərində yerləşən Hongyancun metro stansiyası 116 metr dərinliyi ilə dünyanın ən dərin metro stansiyası kimi tanınır.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, sərnişinlər 2022-ci ildə açılacaq stansiyaya çatmaq üçün bir neçə pilləkən və liftdən istifadə etməlidirlər.
Hongyancun Station Chongqing Dəmiryolunun 9-cu xəttində, daim maili yolları və yamacları ilə tanınan ərazidə yerləşir. Stansiyanın tikintisi zamanı işçilərə stansiyanın aşağısından yuxarı qalxmağın 38 dəqiqə çəkdiyi bildirilib. Sərnişinlər platformaya çatmaq üçün səkkiz eskalatordan istifadə etməlidirlər.
Stansiyadan istifadə edənlər ani eniş və təzyiq dəyişikliyindən qulaqlarının tıxandığını iddia edirlər.
Liftə minən sərnişinlər təxminən 53 saniyəyə stansiyaya enə bilirlər. Hongyancun Stansiyasının unikal dizaynı zamanla onu turistlərin cazibəsinə çevirmişdir. Dünyanın hər yerindən gələn qonaqlar bu maraqlı nəqliyyat sistemini yaşamadan getmək istəmirlər.
Orxan Saffari