Cənubi Koreyada iki balıqçı qayığı sahilə çıxıb: - 1 nəfər ölüb, 3 nəfər itkin düşüb

Cənubi Koreyanın Sahil Mühafizəsi, 15 ekipaj üzvünün olduğu iki balıqçı qayığının Jeju adasının sahillərində quruya çırpıldığını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, xilas edilən 12 nəfərdən 1-nin həyatını itirdiyi, itkin düşən 3 nəfərin axtarışlarının davam etdiyi bildirilib.

Cənubi Koreya Sahil Mühafizəsindən əldə edilən məlumata görə, yerli vaxtla saat 09:24-də bölgədə üzən iki balıqçı qayığı pis hava şəraiti səbəbindən sahilə çıxıb.

32 tonluq qayığın 50 yaşlarında kapitanın xəstəxanaya aparılarkən dünyasını dəyişdiyi bildirilir.

Xilas edilən digər ekipaj üzvlərinin ölüm təhlükəsinin olmadığı açıqlansa da, itkin düşən 3 nəfərin axtarışlarının davam etdiyi bildirilib.

Hər iki qayığın kapitanlarının Cənubi Koreyalı, ekipaj üzvlərinin isə Vyetnam və İndoneziyadan olan əcnəbilər olduğu bildirilib.

Gununsesi.info