Yunanıstanda 5200 illik kəşf

Yunanıstan materikindən və Egey dənizindən çıxarılan çöküntü nüvələrini araşdıran tədqiqatçılar ərazidə təxminən 5200 il əvvələ aid qurğuşun çirklənməsinə dair ən qədim sübut tapıblar.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Qədim Yunanıstan demokratiya, qərb fəlsəfəsi və qurğuşun çirklənməsinin ən erkən qeydlərini yaratmışdır.

Yunanıstan materikindən və Egey dənizindən çıxarılan çöküntü nüvələrini araşdıran tədqiqatçılar ərazidə təxminən 5200 il əvvələ aid qurğuşun çirklənməsinə dair ən qədim sübut tapıblar.

Bu, Serbiyada torf bataqlığında aşkar edilmiş, əvvəllər qeydə alınmış ən qədim qurğuşun çirklənməsindən 1200 il yaşlıdır. 

Qədim dövrlərdə qurğuşun mis və gümüş filizlərinin əridilməsi zamanı əlavə məhsul kimi atmosferə buraxılırdı. Zəhərli metal daha sonra toz halına gəldi və torpağa çökdü.

“Gümüş zərgərlik məmulatlarında və xüsusi əşyalarda istifadə olunurdu, lakin o, təmiz formada tapılmadı, o, qurğuşunla birləşmiş filiz kimi hasil edilib” – Heidelberg Universitetinin arxeoloqu Cozef Maran, Communications Earth və jurnalında dərc olunan yeni araşdırmanın həmmüəllifi dedi.

Qurğuşunla çirklənmənin ilk əlamətlərinin göründüyü ərazi Yunanıstanın şimal-şərqində, Tasos adasının yaxınlığındadır. Maran bildirib ki, əvvəlki arxeoloji sübutlar Tasosun gümüş hasilatı və metal emalı üçün bölgədəki ən əhəmiyyətli yerlərdən biri olduğunu göstərir.

Tədqiqatda tarixçi Cozef Manninq qeyd edir ki, ərimə prosesindən çıxan qurğuşun dünyada ilk zəhərli və ya sənaye çirklənməsidir.

Tədqiqatçılar müəyyən ediblər ki, Avropa sivilizasiyasının beşiyi sayılan Qədim Yunanıstanda Tunc dövrü, Klassik dövr və Ellinizm dövründə qurğuşun çirklənmə səviyyəsi kifayət qədər aşağı və lokallaşdırılmışdır.

Orxan Saffari

Gununsesi.info