Qəbələdə ağır qəza: - 1 ölü, 4 yaralı

Qəbələdə yol qəzası baş verib, bir nəfər ölüb, dördü xəsarət alıb.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, hadisə yanvarın 31-də axşam saatlarında rayonun Tövlə kəndi ərazisində qeydə alınıb.

Belə ki, VAZ-2106 və VAZ-2101 markalı minik avtomobillərinin toqquşması nəticəsində VAZ-2106-da olan sərnişin, 1958-ci il təvəllüdlü Ehsan Kərimov hadisə yerində ölüb, digər sərnişin, 1976-cı il təvəllüdlü Müslüm Soltanov və sürücü, 56 yaşlı Emin Muşdaqov, digər avtomobilin sürücüsü, 30 yaşlı Ağasif Qəribli və sərnişini, 2002-ci il təvəllüdlü Elnur Cəbrayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Gununsesi.info