Beşiktaş Lorenzo İnsinyenin yerini aldı

“Beşiktaş” MLS-in Toronto komandasında çıxış edən Lorenzo İnsinyeni əvəzləyib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, “Beşiktaş” heyət planlamasına davam edir.

Di Marzionun xəbərinə görə, “ağ-qaralar”ın MLS komandası Torontoda çıxış edən Lorenzo İnsinyeyə namizəd olduğu iddia edilib.

İnsinye 2012-2022-ci illərdə İtaliya A Seriyasında “Napoli”də çıxış edib.

İtaliyalı futbolçu “Napoli”nin heyətində 2 İtaliya kuboku və 1 İtaliya Superkubokunu qazanıb.

İnsinye İtaliya Milli Komandası ilə AVRO-2020 kubokunu da qaldırıb.

33 yaşlı futbolçu MLS karyerası ərzində 54 rəsmi oyuna çıxıb, 14 qol vurub və 12 dəfə qol ötürməsi edib. 

Gununsesi.info