Hakan Fidan Qətərə səfər edəcək

  • By Günel
  • 01 Fevral 2025 20:04

Türkiyənin xarici işlər naziri Hakan Fidan fevralın 3-də Qətərə gedəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, səfər iki gün davam edəcək.

H.Fidan Qətərin rəsmi şəxsləri ilə görüşəcəyi, ikitərəfli və regional məsələləri müzakirə edəcəyi gözlənilir.

Gununsesi.info