
Telegram mesajlaşma proqramının təsisçisi və baş direktoru Pavel Durovun Fransada həbsi dünyada böyük rezonansa səbəb olub.
Qeyd edək ki, Pavel Durov Azərbaycandan havaya qalxan şəxsi təyyarəsi ilə getdiyi Fransada saxlanılıb. Fransanın TF1 televiziyasının məlumatına görə, o, Burje hava limanında saxlanılıb.
Bildirilir ki, 39 yaşlı milyarder, “Telegram-dan cinayət məqsədi ilə istifadənin qarşısını almaq üçün zəruri addımları atmadığına görə” saxlanılıb.
Onun həbsi ilə bağlı müxtəlif versiyalar irəli sürülür.
İddialardan birinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsində “Telegram” rus hərbçiləri arasında ən etibarlı kommunikasiya vasitəsi olub.
Bir neçə dəfə ABŞ və Avropa İttifaqından Pavel Durova bu barədə xəbərdarlıqlar edilsə də o buna məhəl qoymayıb.
Ancaq ABŞ Xarici kəşfiyyat orqanlarının araşdırması zamanı Durovun Rusiya ilə sıx əlaqədə olduğu üzə çıxıb.
Bundan sonra onun beynəlxalq həbsinə dair Aİ ilə razılıq əldə olunub.
Gununsesi.info