
Liviyanın şərqində hökumət bütün yataqlarda fors-major vəziyyət elan edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
“Liviya hökuməti bütün yataqlar, limanlar, neftlə bağlı qurumlar və müəssisələrdə fors-major vəziyyət elan edir. Növbəti xəbərdarlığa qədər neft hasilatını və ixracını dayandırırıq”, – hökumətin bəyanatında bildirilib.
Qeyd edək ki, Liviyada ikili hakimiyyət qalır. Ölkənin şərqinə Liviya Milli Ordusu, qərbinə Milli Birlik Hökuməti nəzarət edir.
Gununsesi.info