Ramiz Vəliyevin həbs müddəti uzadıldı

Diplomat Ramiz Vəliyevin həbs müddəti uzadılıb

Gununsesi.info xəbər verir ki, bir müddət əvvəl həbs edilən diplomat Ramiz Vəliyevin həbs müddəti daha 2 ay uzadılıb. Bu qərar Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) vəsatəti əsasında Səbail Rayon Məhkəməsi tərəfindən verilib.

Xatırladaq ki, Ramiz Vəliyev ölkəmizdə beynəlxalq tədbirlərin keçirildiyi dövrdə dövlətə qarşı yönəlmiş təxribat xarakterli kampaniyalarla bağlı aparılan cinayət işi çərçivəsində saxlanılıb.

Məlumata görə, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində məsul vəzifələrdə çalışmış Ramiz Vəliyev, DTX-nın istintaq orqanı tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir.

Qeyd edək ki, Ramiz Vəliyev hazırda həbsdə olan vəkil Adəm Məmmədovun əmisidir.

Gununsesi.info