
BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı nümayəndəliyi fəaliyyətini cari ilin may ayında başa çatdırıb.
Bu barədə Gununsesi.info UNFPA-nın saytına istinadla xəbər verir.
Bildirilir ki, UNFPA ölkədəki 30 illik mövcudluğu ərzində ana sağlamlığını yaxşılaşdırmaqda, gender zorakılığı ilə mübarizədə və elmi əsaslı demoqrafik siyasətin irəlilədilməsində hökumətə və digər milli və yerli tərəfdaşlara köməyin göstərilməsində əsas rol oynayıb:
“UNFPA-nın Azərbaycanla qarşılıqlı əlaqəsi Şərqi Avropa və Mərkəzi Asiya üçün regional ofisi, eləcə də mənzil qərargahı vasitəsilə davam edəcək”.