
Ukrayna Rusiyanın paytaxtı Moskvanı pilotsuz təyyarələrlə hədəfə alıb. Moskvada bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Gununsesi.info xarici mediaya istinadən Kiyev hökumətinin Rusiyanın paytaxtı Moskvaya hücumu panikaya səbəb olub.
Rusiya Aviasiya Qurumunun verdiyi açıqlamaya görə, Moskvada mülki uçuşlar da daxil olmaqla, bütün hava nəqliyyatı bir müddətlik dayandırılıb.
Moskva meri Sergey Sobyanin müxtəlif istiqamətlərdən gələn 19 Ukrayna pilotsuz təyyarəsinin vurulduğunu açıqlayıb.
Paytaxtda vurulan pilotsuz təyyarələrdən birinin qalıqları yaşayış binasına düşüb. Can itkisi olmayıb.
Bu hücumdan əvvəl Ukrayna da Kursk bölgəsini pilotsuz təyyarələrlə vurmuşdu. Burada da enerji infrastrukturları hədəfə alınıb. Bölgədə elektrik enerjisinin verilişində geniş fasilələr yaranıb.
Orxan