
Polşa prezidentliyinə namizəd nümayişkaranə şəkildə Avropa İttifaqının bayrağını yandırıb.
Gununsesi.info bu barədə RT agentliyinə istinadən məlumat verir.
Belə ki, Polşada prezidentliyə namizəd, ifrat sağçı siyasətçi Qjeqoj Braun Avropa İttifaqının Polşanın Sənaye və Ticarət Nazirliyinin binasında asılan bayrağını yerindən çıxararaq nümayişkaranə şəkildə ona ayağını silib, daha sonra yandırıb.
“Bura Brüssel deyil, Polşadır! Bizə düşmən olan təşkilatların emblemlərini nümayiş etdirməyəcəyik”, – deyə o əlavə edib.
Bu hadisədən dərhal sonra Avropa Parlamenti Qjeqoj Braunun deputat toxunulmazlığını ləğv edib.
Xatırladaq ki, Polşada prezident seçkisi mayın 18-də keçiriləcək.