
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 xilasetmə əməliyyatı keçirilib.
Bu barədə Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1-i uşaq olmaqla 5 nəfərə müvafiq köməklik göstərilib.