Böyük Britaniya bəzi viza müraciətlərinə məhdudiyyətlər qoymağa hazırlaşır

İngiltərə mətbuatında çıxan xəbərlərə görə, sığınacaq ala biləcək bəzi ölkələrin vətəndaşları üçün viza müraciətlərinə məhdudiyyətlər qoyulacaq.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniya Daxili İşlər Nazirliyi “ mənşə ölkəsinə görə Böyük Britaniyada viza müddətindən daha uzun müddət qala biləcək” miqrantlara viza məhdudiyyətləri tətbiq edəcəyini açıqlayıb . Sözügedən müraciət məhdudiyyətinin iş və təhsil vizalarını əhatə edəcəyi bildirilib.

Böyük Britaniyanın “The Times” qəzetinin yazdığına görə, Daxili İşlər Nazirliyi bu addımı “viza müddəti bitdikdən sonra ölkədə qalıb sığınacaq axtaracaq” şəxslərə qarşı atacaq. Məhdudiyyətlərlə üzləşəcəklər arasında Pakistan, Nigeriya və Şri-Lanka kimi ölkələrin vətəndaşlarının olacağı gözlənilir.

Orxan

Gununsesi.info