Vaşinqton Universitetində Fələstin etirazına dəstək

Fələstin tərəfdarları ABŞ-də bir universitetin mühəndislik binasına daxil olduqdan sonra saxlanılıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail qüvvələri Qəzza zolağına hücumlarını və işğalını davam etdirərkən, ABŞ- nin Vaşinqton Universiteti fələstinli dəstək fəallarının onların şəhərciyindəki mühəndislik binasına daxil olduğunu və 30-a yaxın adamın saxlanıldığını açıqlayıb. 

Fələstinin Bərabərliyi və Qayıdışı Uğrunda Birləşmiş Tələbələr (SUPER) qrupu universitetdən ABŞ-ın aerokosmik nəhəngi Boeing ilə əlaqələri kəsməyi tələb edirdi. Bu tələbin səbəbi Boeing-in hərbi razılaşmaları və Qəzzaya hücumlarda istifadə olunacaq silahların tədarükü ilə izah edilib.

Universitetin saytındakı məlumata görə, fəalların girdiyi mühəndislik binası da Boeing-dən 10 milyon dollar ianə alıb. 

Dünən axşam yerli vaxtla yayımlanan açıqlamada Vaşinqton Universiteti bir qrup insanın Fənlərarası Mühəndislik Binasında və ətrafında təhlükəli mühit yaratdığını iddia edib. 

Universitetdən verilən açıqlamada deyilir: “Bir çoxu üzlük geyinmiş şəxslər binadan kənarda iki küçəyə girişi bağlayıb, binanın giriş və çıxışlarını bağlayıb və küçədəki iki qalaq zibilini yandırıblar”.

Bildirilib ki, hüquq-mühafizə orqanları saat 23:00 radələrində binanı təxliyə ediblər.

Orxan

Gununsesi.info