Rusiya: ABŞ-Ukrayna danışıqları davam edir

Kremlin sözçüsü Peskov Ukrayna məsələsində ABŞ tərəfi ilə işləməyə davam etdiklərini bildirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada baş verənlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb. Peskov Ukrayna böhranının həlli ilə bağlı ABŞ ilə danışıqları davam etdirdiklərini bildirib.

Rusiyanın əsas ixrac məhsulu olan neftin ucuzlaşmasını qiymətləndirən Peskov, “Neft qiymətləri Rusiyanın milli maraqlarına münasibətinə təsir edə biləcək amil ola bilməz. Rusiyanın milli maraqları neft qiymətləri də daxil olmaqla, hər şeydən əvvəl gəlir” deyib.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupu ilə neft qiymətləri ilə bağlı araşdırmalar aparıldığını deyən Peskov, həmçinin deyib: “Həddindən artıq yüksək və aşağı qiymətlər qlobal iqtisadiyyat üçün mənfi bir vəziyyətdir”.

Peskov Rusiyanın Ukraynada mayın 8-10-u əhatə edən atəşkəs elan etməsi ilə bağlı da deyib: “Hücum olmayacaq, lakin Kiyev rejimi mövqelərimizə və ya obyektlərimizə hücum etməyə davam edərsə, biz cavab tədbirləri görəcəyik”.

Orxan

Gununsesi.info