Azay Quliyev Monteneqro Parlamentinin sədri ilə görüşdü - FOTO

“Bu gün ATƏT PA-nın İpək Yolu Qrupunun sədri qismində Monteneqro Parlamentinin sədri cənab Andriya Mandiç ilə Budvada səmərəli görüş keçirməkdən məmnun oldum”.

Gununsesi.info xəbər verir ki, bu sözləri millət vəkili, ATƏT PA -nın komitə sədri Azay Quliyev bildirib.

““Qitələri birləşdirərək: Dayanıqlı turizm, təmiz enerji və ekoloji tarazlıq naminə davamlı gələcəyin təşviqi” mövzusunda İpək Yolu Qrupunun 5-ci Beynəlxalq Parlament Konfransının yüksək səviyyədə təşkilinə görə Monteneqro Parlamentinə təşəkkürümü bildirdim”, – deyə millət vəkili qeyd edib.

“ATƏT PA-nın Baş Katibi Roberto Montellanın da iştirak etdiyi görüşdə İpək Yolu Qrupu ilə Monteneqro Parlamenti arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları barədə faydalı fikir mübadiləsi apardıq”.