Azərbaycanın tanınmış voleybolçusu Macarıstan klubundan ayrıldı

Azərbaycan milli komandasının qadın voleybolçusu Ayşən Abduləzimova Macarıstanın “Vaşaş” klubundan ayrılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə 32 yaşlı idmançının özü sosial şəbəkə hesabı vasitəsilə açıqlama verib.

“6 əla mövsümdən sonra vida zamanı gəldi. Bu 6 ildə mən çoxlu fotolar topladım. Amma onlardan ən sevdiyimi fanatlarımla paylaşmaq istərdim. Hər kəsə – komanda yoldaşları, azarkeşlər və klub əməkdaşlarına hədsiz təşəkkürlər! Siz inanılmaz idiniz! Bu komandanın bir hissəsi olmaq mənim üçün əsl şərəf idi”, – deyə o yazıb.

Qeyd edək ki, Ayşən Abduləzimova “Vaşaş”ın heyətində 5 dəfə Macarıstan çempionu və eyni sayda ölkə kubokunun qalibi olub.

Gununsesi.info