
Alimlər ABŞ-ın Oreqon ştatı sahillərində elektrik cərəyanını keçirən yeni bakteriya növü aşkar ediblər.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ- nin Oreqon sahillərində palçıqlıqlarda əvvəllər məlum olmayan bakteriya növü aşkar edilib.
Candidatus Electrotrix Yaqonensis adlı bu bakteriya elektrik cərəyanını keçirmə qabiliyyətinə malikdir.
Kəşf edən Oreqon Dövlət Universitetindən Cheng Li və professor Clare Reimers bu bakteriyanın elektrik cərəyanını məftil kimi keçirə biləcəyini bildiriblər. Hüceyrələri uzun saplar əmələ gətirmək üçün bir-birinə bağlanan bakteriyalar, nikellə zəngin keçirici lifləri sayəsində elektronları uzun məsafələrə daşıya bilirlər.
Yeni növ digər tanınmış kabel bakteriya cinslərinə bənzəyir. Electronema-nın genetik xüsusiyyətlərini daşıyır. Bu, bakteriyaların bu iki növ arasında təkamül körpüsü ola biləcəyini göstərir. Həmçinin onun səthində digər növlərə nisbətən üç dəfə çox qabarıq silsilələr var. Bakteriyaların elektron daşıma qabiliyyəti o deməkdir ki, o, çirklənmiş çöküntülərdən zərərli maddələrin çıxarılması kimi ekoloji tətbiqlərdə istifadə edilə bilər. Bakteriya kəşf edildiyi ərazinin yerlisi olan Yaqona icmasının şərəfinə Candidatus Electrotrix Yaqonensis adlandırıldı.
Orxan