ABŞ Çin agenti axtarır

Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, MKİ-nin potensial Çin agentlərini hədəf alan iki video yayımlaması “saf siyasi təxribatdır”.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Pekin administrasiyası  ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Çin vətəndaşlarını hədəf alan iki video yayımlamasına və “iş elanı” yerləşdirməsinə reaksiya verib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian Mərkəzi Kəşfiyyat İdarəsinin “məyus olmuş Çin rəsmilərinə yönəlmiş iş yerləri”ni pisləyib və bunu “xalis siyasi təxribat” adlandırıb.

Lin açıqlamasında, “Birləşmiş Ştatlar təkcə Çinə qarşı şər-böhtan atır və ona hücum etmir, həm də çinli personalı açıq şəkildə aldadır və tələyə salır və hətta Çin hökumət rəsmilərini birbaşa hədəfə alır” deyib.

Orxan

Gununsesi.info