
Husilərə bağlı Səhiyyə Nazirliyi İsrail və ABŞ qüvvələrinin həyata keçirdiyi hücumlarda ölənlərin sayının artdığını açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Yəməndə İranın dəstəklədiyi husilər ölkənin qərbindəki Hudeydə şəhərinə hücumlarda 4 nəfərin öldüyünü, 39 nəfərin yaralandığını açıqlayıb.
Husilərə bağlı Səhiyyə Nazirliyindən verilən açıqlamada ABŞ və İsrail döyüş təyyarələrinin Hudeyda limanını hədəf alması nəticəsində 1 nəfərin öldüyü, 4 nəfərin yaralandığı bildirilib. Hudeydada Bacil Sement Zavoduna edilən hücumda 3 nəfərin öldüyü, 35 nəfərin yaralandığı da bildirilib.
Husilər Hudeydə şəhərinin qərbindəki hücumlara cavab olaraq İsrailə qarşı “ağırlaşdırılmış hücumlar” həyata keçirəcəkləri ilə hədələyiblər.
Orxan