Hindistanda güclü yağışlar: 14 nəfər ölüb

Hindistanın Qucarat ştatında iki gün ərzində yağan güclü yağışlar yağıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Hindistanın qərbindəki Qucarat ştatında son iki gündə yağan güclü yağışlar nəticəsində azı 14 nəfər ölüb, 16 nəfər yaralanıb.

Fırtına nəticəsində bir çox yerlərdə ağaclar aşıb, əkinçilik sahələrinə ziyan dəyib.

Orxan

Gununsesi.info