Britaniya müharibəyə hazırlaşır

Britaniya hökuməti 20 illik fövqəladə vəziyyət planını yeniləmək üçün hərəkətə keçib. Fövqəladə Hallar Planı çərçivəsində müxtəlif ssenarilər yaradılacaq. Kiberhücumlar ilk dəfə bu plana daxil ediləcək.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İngiltərə gizli şəkildə Rusiyanın hərbi hücumuna hazırlaşır.

Britaniyanın “The Telegraph” qəzetinin məlumatına görə, rəsmilərdən hücum baş verəcəyi təqdirdə Kremlin 20 illik fövqəladə hallar planını yeniləmələri istənilib.

Plana hökumətin müharibə elanına reaksiyası, kabinet və kral üzvlərini qorumaq planı və resursların yığılması kimi mövzular daxildir.

Nazirlər Böyük Britaniyanın Rusiya və müttəfiqlərindən silah üstünlüyü baxımından geri qalmasından narahatdırlar.

Bundan əlavə, İngiltərənin müdafiə baxımından hazırlıqsız və qeyri-adekvat olduğu düşünülür.

Mütəxəssislərin fikrincə, infrastruktur obyektləri, yanacaqdoldurma məntəqələri və atom elektrik stansiyaları ən böyük risk təşkil edir.

Orxan

Gununsesi.info