
ABŞ-ın müdafiə naziri Heqset orduda dörd ulduzlu generalların sayının 20 faiz azaldılması barədə göstəriş verib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ Müdafiə Naziri Pit Heqset beş ulduzlu rütbələr istisna olmaqla, dörd ulduzlu generalların sayının 20 faiz azaldılmasını əmr edib.
O, həmçinin bir ulduz və yuxarı rütbəli, general və admiral zabitlərin ümumi sayında əlavə 10 faiz azalma olacağını açıqlayıb.
Bu addım Müdafiə Departamentində rəhbərlik strukturunu sadələşdirmək və səmərəliliyi artırmaq səylərinin bir hissəsidir.
Eyni zamanda, Milli Qvardiyada dörd ulduzlu rəhbər vəzifələr üçün də analoji ixtisarlar planlaşdırılır. Plan həmçinin dublikat qərargah bölmələrinin bağlanması və ya birləşdirilməsi yolu ilə “qüvvə strukturunu optimallaşdırmaq” və “rəhbərliyin effektivliyini artırmaq” məqsədi daşıyır.
Müdafiə Nazirliyindəki ixtisarlar Tramp administrasiyasından daha geniş kadr ixtisarlarının davamıdır.
İxtisarlar federal hökumət səviyyələrində səmərəliliyin artırılması ritorikası ilə həyata keçirilsə də, eyni zamanda kritik xidmətlərdə fasilələr və uzunmüddətli kadr çatışmazlığı ilə bağlı narahatlıqlar doğurur.
Orxan