HƏMAS Qəzzada atəşkəs elan etdi

Həmas Siyasi Bürosunun üzvü Naim bildirib ki, İsrailin Qəzzaya hücumları davam etdiyi müddətdə atəşkəs üçün yeni təklifləri nəzərdən keçirməyin mənası yoxdur.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail Nazirlər Kabinetinin Qəzzada “işğal planı”nı təsdiq etməsindən sonra HƏMAS-ın yüksək vəzifəli nümayəndəsi Besim Naim atəşkəs və girov mübadiləsi danışıqları ilə bağlı açıqlamalar verib.

AFP xəbər agentliyinə danışan Naim artıq İsraillə atəşkəs danışıqlarının aparılmasında maraqlı olmadığını bildirib və beynəlxalq ictimaiyyəti İsrailin Qəzzada “aclıq müharibəsinə” son qoymağa çağırıb.

Naim məsələ ilə bağlı açıqlamasında, “Qəzza zolağında aclıq və dağıntı müharibəsi davam etdiyi müddətcə danışıqların aparılmasının və atəşkəs təkliflərinin qiymətləndirilməsinin mənası yoxdur” deyib. 

Həmas Siyasi Büro üzvü Naim vurğuladı ki, dünya “aclıq, susuzluq və öldürmə cinayətlərini” dayandırmaq üçün İsrailin baş naziri Benyamin Netanyahu hökumətinə təzyiq göstərməlidir.  İsrail Baş Qərargah rəisi Eyal Zamir də Netanyahuya Qəzza zolağına qurudan hücumların genişləndiriləcəyi təqdirdə israilli məhbusların itkisi ehtimalı barədə xəbərdarlıq edib.

İsrailin “Yedioth Ahronot” qəzeti yazıb ki, Zamir Netanyahu və digər kabinet üzvlərinə Qəzzaya hücumların genişləndirilməsi riskləri barədə xəbərdarlıq edib. “Müharibənin iki əsas məqsədi olan HƏMAS-ın ləğvi və məhbusların azad edilməsi arasında əlaqə yaratmaqda problem var, çünki yerlərdə qərarlar qəbul edilən zaman bu iki məqsəd bir-birinə zidd ola bilər”, – deyə Zamir bildirib. 

 

Orxan

Gununsesi.info