İsrail mətbuatın arxasınca düşür: gündə 21 xəbər senzuraya məruz qalır

İsrail ordusunun hərbi senzura bölməsi gündə orta hesabla 21 xəbər məqaləsinə müdaxilə edərək 2024-cü ildə rekord qırıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin “+972 Magazine” jurnalında dərc olunan məqaləyə görə, ölkədə 2011-ci ildən bəri ən sıx media senzurası keçən il tətbiq edilib.

Hərbi senzura bölməsi 2024-cü ildə 1635 xəbər məqaləsinə tamamilə qadağa qoyub, 6265 xəbərə isə qismən müdaxilə edib.

Qəzzaya intensiv hücumların olduğu 2014-cü ildə normal vaxtlarda gündə orta hesabla 6,2, orta hesabla 10 xəbərə senzura keçirən İsrail, 2024-cü ildə gündə orta hesabla 21 xəbərə müdaxilə edərək ən çox media senzurasını tətbiq etdiyi illərdən birini yaşadı.

İl ərzində mətbuat və yayım təşkilatları tərəfindən göndərilən yazıların yüzdə 20-si tamamilə qadağan edildi.

Media senzurasındakı bu artımın səbəbi kimi “Qəzzada davam edən dağıntılar, Livan, Suriya, Yəmən və İrana hücumlar” göstərilib və özünü “Qərb demokratiyası” adlandıran heç bir ölkənin belə media senzurasının ola bilməyəcəyinə diqqət çəkilib.

Həmçinin Qəzzada jurnalistlərin İsrailin hücumları nəticəsində çoxlu sayda həyatını itirdiyi, bəzi media mənsublarının isə sadəcə pilotsuz təyyarələrdən istifadə etdikləri üçün öldürüldüyü, digərlərinin isə açıq-aşkar mətbuat mənsubları olmasına baxmayaraq İsrailin hava hücumlarına məruz qaldığı qeyd edilib.

Orxan

Gununsesi.info