“Qarabağ” yeni qapıçısını “Dinamo” ilə oyunlar üçün iştirak ərizəsinə daxil edib

  • By Günel
  • 17 Avqust 2024 10:44

“Qarabağ” ın yeni qapıçısı Mateuş Koxalskini UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunları üçün iştirak ərizəsinə daxil edib.

Gununsesi.info-nun məlumatına görə, 24 yaşlı qolkiper Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə görüşlərdə iştirak edə biləcək.

“Köhlən atlar” avqustun 15-də polşalı oyunçu ilə 3+1 illik müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, “Qarabağ” “Dinamo” ilə ilk matçını avqustun 20-də səfərdə, cavab görüşünü isə avqustun 28-də Bakıda keçirəcək.

 

Gununsesi.info