İrkutskda təyyarə qəzasından sonra hadisə yerindən ilk görüntülər yayılıb

  • By ilhame
  • 16 Avqust 2024 13:51

Rusiyanın İrkutsk vilayətində qəzaya uğrayan “Tu-22M3” bombardmançı təyyarəsinin sağ qalan heyətinin sağlamlıq vəziyyətləri orta ağırlıq dərəcəsindədir.

 

Gununsesi.info-nun verdiyi məlumata görə, bu barədə “Shot” “Telegram” kanalı xəbər yayıb.

 

Bildirilib ki, pilotlardan biri – Vladislav X.-yə kəllə-beyin travması, beyin silkələnməsi və büzdüm sümüyünün sınığı, digəri – Vadim M.-ə döş sümüyünün sınığı diaqnozu qoyulub. Üçüncü yaralının ayağı sınıb.

 

Ekipajın dördüncü üzvünün həyatını xilas etmək mümkün olmayıb, o, xəstəxanada vəfat edib.

 

Xatırladaq ki, dünən Çeremxov rayonundakı Belaya aerodromundan uçan Tu-22M3 təyyarəsi texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Təyyarədə dörd pilot olub. Onlar təyyarəni yaşayış evlərindən uzaqlaşdıra və katapult edə biliblər. Bombardmançı təyyarə tarlaya düşüb.

Gununsesi.info