İsveçdən sonra meymun çiçəyi Pakistanda…

  • By Günel
  • 17 Avqust 2024 11:30

Pakistanın şimalındakı Hayber Pahtunhva əyalətinin səhiyyə departamenti avqustun 16-da bir insanda meymun çiçəyi (Mpox) virusuna yoluxma halının aşkar edildiyini bildirib.

Ancaq Pakistanın ölkədə meymun çiçəyi virusunun üç nəfərdə müşahidə edildiyi və bu şəxslərin Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) gəldiyinə dair açıqlaması isə geri götürülüb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin sözçüsü təsdiqlənmiş halın təsnifatı davam etdiyini və proses başa çatana qədər xəstənin hansı “mpox” variantına sahib olduğu bəlli olmayacağını bildirib.

Ölkənin Səhiyyə Nazirliyi Hayber-Pahtunhva əyalətinin Mardan şəhərində aşkarlanan xəstənin axtarışı davam etdiyini söyləyib. Bundan əlavə, Nazirlik açıqlamasında əlavə tibbi heyətlə hava limanına nəzarət və monitorinq əməliyyatlarını artıracaqlarını da bildirib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikada aşkarlanan meymun çiçəyi (Monkey.pox/Mpox) virusu epidemiyasına görə “qlobal fövqəladə vəziyyət” elan edib.

 

Gununsesi.info