Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa çempionatına təyinat alıb

  • By ilhame
  • 16 Avqust 2024 13:41

Azərbaycan Voleybol Federasiyasının (AVF) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişman Avropa çempionatının təsnifat mərhələsinin oyununa təyinat alıb.

 

Gununsesi.info AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis E qrupunda yer alan İsveç və İsveçrə komandalarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

 

Qeyd edək ki, avqustun 17-də İsveçdə keçiriləcək oyunun hakimləri estoniyalı Risto Strandson və norveçli Geir Vestbo olacaq.

Gununsesi.info