Sabunçuda sexdə yanğın baş verib

  • By ilhame
  • 16 Avqust 2024 19:58

Sabunçuda sex yanıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 200 m² olan dəmir sexinin yanar konstruksiyaları 150 m² sahədə yanıb. Sexin qalan hissəsi və yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info