Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası başa çatıb

  • By ilhame
  • 16 Avqust 2024 13:34

Naxçıvan Muxtar respublikası Ali Məclisinin növbədənkənar sessiyası yekunlaşıb.

 

Gununsesi.info xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası avqustun 16-da keçirilən iclasdan sonra başa çatıb.

 

Ali Məclisin iclasında “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının qanunlarına təklif olunan dəyişikliklər müzakirə edilib.

 

Qeyd edilən məsələlər ətrafında çıxışlardan sonra layihələr ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.

 

Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası öz işini başa çatdırıb.

Gununsesi.info