
Vanda Burukiler aşirətinin möhtəşəm toy mərasimində gəlinə kilolarla qızıl, bəyə isə “dodaq uçuqladan” pullar verilib. 7 min nəfərin iştirak etdiyi toyda 100-ə yaxın xırdabuynuzlu heyvan kəsilib.
Xaricdən gələn qonaqlarla birlikdə təxminən 7 min insanın iştirak etdiyi toy mərasimi son zamanların ən çox izləyicisi olan toyu olmaqla bərabər, bəylə gəlinin taxdıqları zinət əşyaları da göz oxşayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, toy mərasimində aşirət liderləri, QHT rəhbərləri və iş adamları iştirak edib.
Mərasimin sonunda 4 saat ərzində 15 nəfər süfrəyə qoyulan 12 milyon tl (605.616,23 AZN) pulu sayaraq nağd olaraq bəyə veriblər.
Toy mərasiminin sonunda, aşirət ağsaqqalları toyda iştirak edən hər kəsə təşəkkürlərini bildirib, bəylə gəlinə bir ömür boyu xoşbəxtlik arzulayıblar.