
Yaponiyada keçirilən sərbəst döyüş üzrə qalib gələn qazaxıstanlı idmançı ona rus-yapon tərcüməçinin olmasına etiraz edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “X” hesabında paylaşım edilib. Qazaxıstanlı idmançı rus dilinin onun ana dili olmamasına etiraz edərək: “Rus dili mənim ana dilim deyil. Mənim ana dilim qazax dilidir. Sizdən xahiş edirəm növbəti dəfə mənə qazax dili bilən tərcüməçi təyin edilsin. Əgər mən, inşallah burda çempion olsam, azarkeşlərlə danışmaq üçün çalışacam yapon dilini öyrənim”,- deyə əlavə edib.
Qeyd edək ki, idmançının bu hərəkəti türklər arasında rəğbətlə qarşılanıb. Belə ki, sosial şəbəkə istifadəçilərindən biri onun bu hərəkətinin bütün medal və dərəcələrdən daha qiymətli olduğunu bildirib. Digəri “bu cür hadisələr mənim gələcəyə ümidimi artırır”, başqa biri “halal olsun sənə, igid, kimsənin deyə bilmədiyini öz hür iradənlə dilinə gətirdin. Təbrik edirəm səni”,- qeyd edib.
Ətraflı videomaterialda:
Günel
Gununsesi.info